NyuYork polisi əməliyyat keçirdi


Dünya 30 Apr 2018 19:05:00 255 0

NyuYork polisi əməliyyat keçirdi

Nyu-Yorkda Con Kennedi adına beynəlxalq hava limanının əməkdaşları sərnişinin qaçmış pişiyini tutmaq üçün 1 həftədən çox vaxt sərf ediblər.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, "Pepper" adlı pişik sahibi Çinə uçan zaman qaçıb. Bildirilir ki, həmin an pişiyi tapmaq mümkün olmadığı üçün sərnişin pişiksiz uçub.

Aeroport polisi pişiyi axtarıb tutmaq üçün 1 həftədən çox vaxt sərf etməsi barədə "Twitter" səhifəsində məlumat verib.

Bildirilir ki, nəhayət "xüsusi əməliyyat" keçirdikdən sonra pişiyi tutub sahibinə qaytara biliblər.