ABŞ Ukraynaya tank əleyhinə raket kompleksləri göndərib


Dünya 30 Apr 2018 18:50:00 325 0

ABŞ Ukraynaya tank əleyhinə raket kompleksləri göndərib

ABŞ Ukraynaya "Javelin" tank əleyhinə raket kompleksləri göndərib.

Son.az APA-a istinadən bildirir ki, bu barədə "Azadlıq" radiosu ABŞ Dövlət Departamentinə istinadən məlumat verib.  "Silahlar artıq göndərilib", - deyə Dövlət Departamentinin rəsmi şəxslərindən biri söyləyib. Detallar hələlik məlum deyil.

Qeyd edək ki, 2017-ci ilin sonunda ABŞ hökuməti Ukraynaya letal (öldürücü) silahlar, o cümlədən "Javelin" tank əleyhinə raket kompleksinin verilməsi barədə qərar qəbul edib. 2018-ci il martın 2-də Dövlət Departamenti Ukraynaya 47 milyon dollar dəyərində 210 ədəd "Javelin" raketi və onlar üçün 47 buraxıcı qurğunun göndərilməsini bəyənib.