İrandan Donald Trampa xəbərdarlıq: "Özünə gəl!"


Dünya 30 Apr 2018 18:45:00 280 0

İrandan Donald Trampa xəbərdarlıq: "Özünə gəl!"

İranın Atom Enerjisi Qurumunun sədri Əli Əkbər Salehi ABŞ-dan nüvə razılaşmalarının ləğvi ilə əlaqədar verilən bəyanatlara sərt reaksiya verib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Salehi uraniumun zənginləşdirilməsi məsələsində texnikanın xeyli inkişaf etdirildiyini və yüksək səviyyəli istehsal üçün hazır olduqlarını bildirib. O, ABŞ prezidenti Donald Trampa "Özünə gəl!" deyə, sərt xəbərdarlıq etməkdən də çəkinməyib.