Ultrasəs müayinəsinə gedən hamilə qadın eşitdiklərindən şoka düşdü FOTO


Digərləri 30 Apr 2018 18:33:00 210 0

Ultrasəs müayinəsinə gedən hamilə qadın eşitdiklərindən şoka düşdü  FOTO

Texasda yaşayan Lauren Perkins adlı qadının başına maraqlı hadisə gəlib. Son.az bildirir ki, axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, uzun illər ana olmaq üçün müalicə alan qadın bir gün hamilə olduğunu eşidir.

Bir neçə aylıq hamilə Lauren ultrasəs müayinəsinə gedir və eşitdiklərindən şoka düşür. Həkim ona 6 uşağının olacağını və seçim etməli olduğunu deyir. Perkins ya 6 uşağı da dünyaya gətirməli, ya da onlardan bir neçəsini tələf etməli idi. Əri Devidlə məsləhətləşən Lauren onların hamısını dünyaya gətirmək qərarı verir.  Amma həkimlər qabaqcadan anaya uşaqlar doğulduqdan sonra da ölmə ehtimallarının çox olduğunu desə də, Lauren hamiləliyinin 30 həftəsində keysəriyyə yolu ilə övladlarını dünyaya gətirir. 6 uşağın hamısı sağlam doğulan valideynlər xoşbəxt olduqlarını bildiriblər. Onlar uşaqlarına Endryu, Benjamin, Karolin, Li, Allison və Levi adı veriblər.


Xəbərə aid fotolar