Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində daha iki nəfər işdən çıxarılıb


Siyasət 30 Apr 2018 18:16:00 243 0

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində daha iki nəfər işdən çıxarılıb

Rövşən Rzayev müvafiq əmr imzalayıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ("Qaçqınkom") sədrinin köməkçisi Əkbər Əkbərov və qurumun Mənzil istismar departametinin direktoru Akif Mirzəyev vəzifəsindən azad edilib.

“Report”un xəbərinə görə, hər iki şəxslə bağlı komitə sədri Rövşən Rzayev müvafiq əmr imzalayıb.

Onların yerinəhələ kitəyinat olmayıb.

Ə.Əkbərov komitənin sabiq sədri, baş nazirin müaviniƏli Həsənovun baldızının oğludur. A.Mirzəyev də keçmiş sədrin qohumudur.

Xatırladaq ki, bundan əvvəlKomitənin Repatriasiya departamentinin direktoru Elman Behbud oğlu İsmayılov vəzifəsindən azad olunub.

Qeyd edək ki, prezident seçkilərindən sonra hökumətin formalaşdırılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Rövşən Şükür oğlu Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.