“Oğlumu namus üstdə öldürübsə, onu bağışlayaram”


Kriminal 30 Apr 2018 18:10:00 254 0

“Oğlumu namus üstdə öldürübsə, onu bağışlayaram”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu bacısı ilə danışdığından şübhələnərək amansızlıqla öldürməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Amal Zülfüqarovun məhkəməsi keçirilib.

Son.az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə mərhum Qismət Məmmədlinin anası ifadə verərək deyib ki, həqiqətən, oğlu namus üstündə öldürülübsə, bu məsələ tam araşdırılmasını istəyir: "Qismətin Amalın bacısı, yaxını ilə yazışması varsa, onu bağışlayaram. Amma oğlum günahsız yerə öldürülübsə, 9 il də gözləyərəm ki, iş araşdırılsın".

A.Zülfüqarovun atası Mahir Zülfüqarov ifadəsində deyib ki, Amal Nabrandan gələndən sonra dəyişilib: "Daim gərgin və fikirli olurdu, danışmırdı, yemək də yemirdi. Hadisədən sonra eşitdim ki, Nabrana gedəndə Qismət yolda müasir geyimli xanım haqqında xoşagəlməz ifadə işlədib. Oğlum da ona iradını bildirib. Bundan sonra oğlum Almaniyada olan bacısının hicaba keçməsini istəyirdi".