Seçenov Universitetinin Bakı filialında akademik Zərifə Əliyevanın 95 illik yubileyinə həsr edilən konfrans keçirilib FOTO


Digərləri 30 Apr 2018 18:17:00 294 0

Seçenov Universitetinin Bakı filialında akademik Zərifə Əliyevanın 95 illik yubileyinə həsr edilən konfrans keçirilib  FOTO

https://azertag.az/xeber/Sechenov_Universitetinin_Baki_filialinda_akademik_Zerife_Aliyevanin_95_illik_yubileyine_hesr_edilen_konfrans_kechirilib-1158270

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında (Seçenov Universiteti) görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 95 illik yubileyinə həsr edilən konfrans keçirilib.

Son.az xəbər verir ki, Bakı filialının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Seçenov Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyev, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qlaukoma bölməsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Fidan Ağayeva, İllinoysk universitetinin oftalmologiya kafedrasının müdiri, professor Mark Rozenblat, Münxen Texniki Universitetinin tibb fakültəsinin dekanı, professor Yurqen Qşvend iştirak ediblər.

Konfransın açılışında çıxış edən filialın rektoru Əziz Əliyev Azərbaycanda oftalmologiyanın inkişafında Zərifə Əliyevanın müstəsna xidmətlərini xatırladıb. Onun 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilməsi uzun illər elmi-tədqiqat sahəsində məhsuldar fəaliyyətinin və böyük xidmətlərinin nəticəsi idi. Rektor, həmçinin Zərifə Əliyevanın elmi-pedaqoji kadrların hazırlanmasında, peşə fəaliyyəti ilə bağlı olan göz xəstəliklərinin tədqiqində və müalicəsində xidmətlərini vurğulayıb. "Peşə xəstəlikləri oftalmologiyası əsası Zərifə xanım tərəfindən qoyulan yeganə elmi istiqamət deyil. O, alternativ təbabət sahəsi olan iridodiaqnostikanı bir elm kimi araşdıran ilk tədqiqatçı və "İridodiaqnostikanın əsasları" adlı fundamental elmi əsərin müəlliflərindən biri idi", - deyə professor Əziz Əliyev qeyd edib.

Professor Əziz Əliyev Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri bölməsi haqqında da məlumat verib. Alim, qırtlağın çıxarılmasından sonra xəstəyə sərbəst danışmağa imkan verən xüsusi qurğunun tətbiqi praktikasını nümayiş etdirib. Üz şişinin bir neçə variantından danışan professor qeyd edib ki, vaxtında diaqnoz qoyulması və düzgün müalicə ağır fəsadların qarşısını alır.

Sonra akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qlaukoma bölməsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Fidan Ağayeva "Azərbaycanda müasir oftalmologiyanın inkişafında akademik Zərifə Əliyevanın rolu" mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, respublikanın sənaye müəssisələrində çalışan işçilərin peşə ilə bağlı görmə orqanının zədələnməsinin tədqiqi 1970-ci illərin əvvəlində Zərifə Əliyevanın elmi fəaliyyətinin yeni istiqaməti olub. Zərifə Əliyeva görmə orqanının peşə ilə bağlı patologiyası sahəsində bir sıra elmi əsərlərinə görə SSRİ Elmlər Akademiyasının M.Averbax mükafatına layiq görülüb. 2001-ci ildə Azərbaycan Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutuna akademik Zərifə Əliyevanın adı verilib.


Xəbərə aid fotolar