Təmizlik işçisinin otel otağından tapdıqları ŞOKA SALDI FOTO


Dünya 30 Apr 2018 16:50:00 264 0

Təmizlik işçisinin otel otağından tapdıqları ŞOKA SALDI  FOTO

Səyahət əsnasında otel və ya kirayələdiymiz evdən gedərkən bir şey unudub- unutmadığımızı mütləq yoxlayırıq, amma bəzən gözümüzdən nə isə qaçdığı məqamlar da olur.

İndi oxuyacağınız hadisə də buna bənzərdir.

Son.az xəbər verir ki, ABŞ-da bir otel işçisini tapdığı əşya şoka salıb.

Başqa bir şəhərə köçən yaşlı cütlüyün başına gələn bu əhvalat xeyirxah bir hadisəyə səbəb olub.

Miçiqanda yaşayan cütlük Kentukidəki oğullarına yaxın yaşamaq üçün köçməyə qərar verib.

Yükdaşıma şirkəti əşyaları TIR-a yükləyərkən yaşlı cütlük bir otel otağına köçüb. Cütlük illərdir topladıqları 11 min dollarlıq nəğd pulu da otelə köçərkən özləri ilə aparıb. Yeni evə köçəndə isə yanlarında olduğunu düşündükləri pulu tapa bilməyiblər.


Xəbərə aid fotolar