“Məşğulluq haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edildi


Digərləri 30 Apr 2018 16:04:03 258 0

“Məşğulluq haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edildi

"Məşğulluq haqqında" qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, iclasda bildirilib ki, qanun Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə və 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilatı əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir.

İclasda layihənin mükəmməl hazırlandığı, layihə ilə bağlı yalnız kiçik redaktə xarakterli düzəlişlərin edilməsinə ehtiyacın olduğunu bildirilib.