Bakı Metropoliteninin "Xocəsən" Deposu ilə “Avtovağzal” stansiyası arasında tunellərdən birinin qazıntısı tamamlanıb


İqtisadiyyat 30 Apr 2018 15:49:58 153 0

Bakı Metropoliteninin "Xocəsən" Deposu ilə “Avtovağzal” stansiyası arasında tunellərdən birinin qazıntısı tamamlanıb

Qazıntı işləri xüsusi ağır hidrogeoloji şəraitdə aparılıb

"Bakı Metropoliteni" QSC-nin şərti adı "Xocəsən" olan deponunu"Avtovağzal" stansiyası ilə birləşdirən iki tuneldən birinin qazıntı işləri tamamlanıb.

"Report" quruma istinadən xəbər verir ki, inşasına 2012-ci ilin iyul ayında başlanmış 1112 metr uzunluğunda sağ tunelin qazıntı işləri xüsusi ağır hidrogeoloji şəraitdə aparılıb.

Metropoliten tunel qazıntısında istifadə olunan müasir "Herrenknecht" və "Robbins" tunelqazma kompleksləri 2011-ci ildən "Avtovağzal" stansiyasından başlamaqla əks istiqamətə qazıntı apardığı üçün onlardan “Xocəsən” deposunun tunellərinin qazıntısında istifadə etmək mümkün olmayıb. Buna görə də digər texniki səbəblər nəzərə alınmaqla qazıntı işləri sipər qurğusundan istifadə etməklə yerinə yetirilib.

"Xocəsən" deposunu "Avtovağzal" stansiyası ilə birləşdirən və inşası yekunlaşmış diametri 5,5 metr olan sağ tunelin yerləşdiyi coğrafi ərazinin torpaq qatının dayanıqsızlığı ilə yanaşı, zəngin qrunt suları, həmçinin ərazidə kanalizasiya xətlərinin olmaması səbəbindən müxtəlif çirkab suların təsiri də nəzərə alınmaqla, tunel qazıntısı daim diqqət mərkəzində saxlanılıb. Bundan savayı, tunelin yaxınlığında yerləşən 60-dan çox yaşayış evinin, Respublika əhəmiyyətli dəmiryol xəttinin, habelə mühüm mühəndis kommunikasiya xətlərinin yerləşdiyi sahələrin altından keçməsi də, xüsusi qabaqlayıcı tədbirlərin yerinə yetirilməsini tələb edib. Məhz bu səbəblərdən hər bir gözlənilməz qəza vəziyyətinin yaranmamasına inşaatın bütün dövründə xüsusi nəzarət edilib.

Həmçinin belə halların qarşısının vaxtında alınması məqsədilə, əlavə qabaqlayıcı tədbirlər görülüb. Tikintinin təhlükəsiz məcrada davam etməsi, əməyin mühafizəsi və təhlükəsizlik texnikasının xüsusi tələblərinə riayət olunmaqla, burada beş növbədə tunel tikintisinin təcrübəli və peşəkar kadrları çalışıb. Görülən tədbirlər sayəsində inşaat işlərinin aparıldığı dövrdə inşaat meydançasında heç bir xoşagəlməz hadisə baş verməyib və bütün çətinliklərə, həmçinin tunelin mürəkkəb konfiqurasiyasına rəğmən, markşeyderlərin dəqiq hesablamaları nəticəsində sağ tunelin tikintisi uğurla başa çatdırılıb və ən yüksək dəqiqliklə mövcud tunelə birləşdirilib. Tunelin tikintisində 1097 çuqun halqadan istifadə olunub.

Onu da əlavə edək ki, "Avtovağzal" stansiyasını "Xocəsən" deposu ilə birləşdirəcək sol tunelin inşasında işlər öz axarı ilə gedir. Sol tunelin uzunluğu isə 1182 metrdir. Tunelin 644 metri artıq qazılıb və hazırda inşaat işləri davam etdirilir.

3 güləşçimiz Avropa çempionatında yarımfinala yüksəlib like
  • 30 Apr 15:47  
Digərləri 3 güləşçimiz Avropa çempionatında yarımfinala yüksəlib

Dağıstanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avrop

arrow Ətraflı
""Bakılı" demək, müasir deməkdir"  Xalq şairinin həyat yoldaşından like
  • 30 Apr 15:43  
Digərləri ""Bakılı" demək, müasir deməkdir" Xalq şairinin həyat yoldaşından

Əxlaq qaydalarına riayət edəndə şəhərli, kəndli fərqi qalmaz.

arrow Ətraflı
“Məşğulluq haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib like
  • 30 Apr 15:42  
Digərləri “Məşğulluq haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

“Məşğulluq haqqında” qanun layihəsi II oxunuş Milli Məclisin plenar i

arrow Ətraflı
Təhsil işçilərinə məzuniyyət verilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik təklif olunur like
  • 30 Apr 15:39  
Digərləri Təhsil işçilərinə məzuniyyət verilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik təklif olunur

Azərbaycanda Əmək Məcəlləsinə bəzi təhsil işçilərinə əmək məzuni

arrow Ətraflı
Masallıda ikimərtəbəli 7 otaqlı ev yandı like
  • 30 Apr 15:37  
Digərləri Masallıda ikimərtəbəli 7 otaqlı ev yandı

Masallı rayonunda ikimərtəbəli ev yanıb.

arrow Ətraflı
Maqnus Karlsen: Futbolda "Real Madrid"in oyunlarını izləyirəm" - MÜSAHİBƏ like
  • 30 Apr 15:36  
İdman Maqnus Karlsen: Futbolda "Real Madrid"in oyunlarını izləyirəm" - MÜSAHİBƏ

Vüqar Həşimov Memorialının qalibi, şahmat üzrə dünya &ccedi

arrow Ətraflı
Əli Mirəliyevin gecə klubunda qızlarla sarmaşdolaş like
  • 30 Apr 15:33  
Şou-biznes Əli Mirəliyevin gecə klubunda qızlarla sarmaşdolaş

Daim qalmaqallarla gündəmi zəbt edən müğənni Əli Mirəliyevin rəqqasə

arrow Ətraflı
“SDL Nobel” BP şirkəti ilə yeni müqavilə imzalayıb like
  • 30 Apr 15:32  
Digərləri “SDL Nobel” BP şirkəti ilə yeni müqavilə imzalayıb

“SDL Nobel” BP şirkəti ilə yeni 3 illik müqavilə imzalayıb.

arrow Ətraflı
“Gördüm ki, işıqlar yanır”  Toya gedən ailənin evi soyuldu  VİDEO  FOTO like
  • 30 Apr 15:28  
Kriminal “Gördüm ki, işıqlar yanır” Toya gedən ailənin evi soyuldu VİDEO FOTO

Cəlilabadda toy mərasiminə gedən rayon sakininin evindən oğurluq edilib.

arrow Ətraflı
Erməni qızı Azərbaycan bayrağının fonunda mahnı oxudu  VİDEO like
  • 30 Apr 15:24  
Digərləri Erməni qızı Azərbaycan bayrağının fonunda mahnı oxudu VİDEO

Ukraynanın "Səs" yarışmasının iştirakçısı Srbui Sarqsyan mü

arrow Ətraflı
Salyanda 4 yaşayış məntəqəsinin yolu yenidən qurulur (FOTO/VİDEO) like
  • 30 Apr 15:22  
Digərləri Salyanda 4 yaşayış məntəqəsinin yolu yenidən qurulur (FOTO/VİDEO)

Salyan rayonunda 4 yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən

arrow Ətraflı
Debütantlar və onların ambisiyaları like
  • 30 Apr 15:22  
Digərləri Debütantlar və onların ambisiyaları

ASEP şirkətinin bu il təşkil etdiyi Azfar Biznes-Liqasının Yaz Kubokunda q

arrow Ətraflı
Xalq artisti efirə oğlu və nəvəsi ilə gəldi  FOTO like
  • 30 Apr 15:19  
Şou-biznes Xalq artisti efirə oğlu və nəvəsi ilə gəldi FOTO

Xalq artisti Mənsum İbrahimov "Zaurla Günaydın" verilişinin qona

arrow Ətraflı
Bazel'in hegemonluğuna son qoyuldu like
  • 30 Apr 15:15  
İdman Bazel'in hegemonluğuna son qoyuldu

İsveçrə Super Liqasında 2017/18 mövsümünün

arrow Ətraflı
Prezident İlham Əliyev balaca oğlanın arzusunu yerinə yetirdi  VİDEO  FOTO like
  • 30 Apr 15:13  
Siyasət Prezident İlham Əliyev balaca oğlanın arzusunu yerinə yetirdi VİDEO FOTO

Prezident İlham Əliyev ağlayaraq dövlət başçısı ilə görüşmək istə

arrow Ətraflı