İkimərtəbəli, 7 otaqlı ev yandı


Digərləri 30 Apr 2018 15:50:00 216 0

İkimərtəbəli, 7 otaqlı ev yandı

Masallı rayonunda ikimərtəbəli ev yanıb.

FHN-dən Son.az-a verilən məlumata görə, yanğın Xıl kəndində ümumi sahəsi 260 kv.m olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsində baş verib.

2 otağın və dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​