“SDL Nobel” BP şirkəti ilə yeni müqavilə imzalayıb


Digərləri 30 Apr 2018 15:32:00 253 0

“SDL Nobel” BP şirkəti ilə yeni müqavilə imzalayıb

“SDL Nobel” BP şirkəti ilə yeni 3 illik müqavilə imzalayıb.

Bakı. “SDL Nobel” BP şirkəti ilə yeni 3 illik müqavilə imzalayıb. Şirkətdən Trend-ə verilən məlumata görə, bu müqavilə çərçivəsində "SDL Nobel" BP şirkətinin Azərbaycanda quruda və dənizdə yerləşən qurğuları üçün metal konstruksiyaların istehsalı və quraşdırma xidmətlərini göstərəcək. Yerli şirkət olaraq “SDL Nobel” öz sahəsində ən yüksək xidmətləri göstərmək və regionda iri beynəlxalq və yerli müştərilərin tələblərinə cavab vermək məqsədi ilə 2016-cı ildə yaradılıb.