“Gördüm ki, işıqlar yanır” Toya gedən ailənin evi soyuldu VİDEO FOTO


Kriminal 30 Apr 2018 15:28:00 310 0

“Gördüm ki, işıqlar yanır”  Toya gedən ailənin evi soyuldu  VİDEO  FOTO

Cəlilabadda toy mərasiminə gedən rayon sakininin evindən oğurluq edilib.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Cavad Xan küçəsində baş verib.

Həmin küçədə yaşayan Gülpaşa Ağayevin ailə üzvlərinin evdə olmamasından istifadə edən naməlum şəxs və ya şəxslər pəncərəni sındırmaqla mənzilə daxil olaraq, qızıl-zinət əşyaları, pul, kompyuter və oyun diskləri oğurlayıblar. Ev sahibinə ümumilikdə 5 min manata yaxın maddi ziyan dəyib.

Gülpaşa Ağayev (zərərçəkən): "Axşam uşaqları kənddə qoydum, evə gəldim. Gördüm ki, işıqlar yanır. İçəri girəndə otaqların dağınıq olduğunu gördüm. Pulları və s əşyaları götürmüşdülər".


Xəbərə aid fotolar