Tanınmış müğənni arvadının görüşdüyü kişini öldürdü


Dünya 30 Apr 2018 14:53:00 244 0

Tanınmış müğənni arvadının görüşdüyü kişini öldürdü

Arvadı ilə sevgili olduğu iddiasıyla vəkil Onur Evrim Demiri öldürən tanınmış müğənni Emrah Dinçer həbs olunub.   Son.az Gazete Habertürk-ə istinadən xəbər verir ki, Ankara Baş prokurorluğunda 2016-cı ilin avqust ayında vəkil Onur Evrim Demirin vəhşicəsinə öldürülməsi ilə bağlı istintaq prosesi yekunlaşıb. Qətli törətməkdə təqsirləndirilən müğənni Emrah Dinçer ilə cəsədin gizlədilməsinə kömək etdiyi irəli sürülən vəkil Şükrü Açıkbaş hakim qarşısına çıxarılıb.

İddianamədə arvadı ilə birlikdə olduğu üçün Demiri başından ağac parçası ilə vuraraq öldürən Dinçerin daha sonra Açıkbaşı çağıraraq cəsədi birlikdə bir dərə kənarına atdıqları məlumatı yer alıb.

Demirin cəsədinin yanında tapılan bir taxta parçasının Dinçerin evindəki araşdırma zamanı ələ keçirilən odunun bir hissəsi olması ilə qətlin üstü açılıb.

Proses təxirə salınıb.