"Whatsapp" və "Facebook"da yaş məhdudiyyəti Artıq QADAĞAN OLUNDU VİDEO FOTO


Digərləri 30 Apr 2018 14:43:00 305 0

"Whatsapp" və "Facebook"da yaş məhdudiyyəti  Artıq QADAĞAN OLUNDU  VİDEO  FOTO

Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" verilişində "Whatsapp" və "Facebook" haqda süjet efirə gedib.

"WhatsApp" messenceri komandası qeydiyyat üçün tələb olunan yaş həddini qaldırılıb. Bundan sonra Avropa Birliyi ərazisində 16 yaşa qədər uşaqlar messencerdə qeydiyyatdan keçə bilməyəcəklər. Bu hələ harasıdır, "Facebook", "İnstagram" və digər servislər son günlərdə öz istifadə qaydalarında dəyişikliklər edir. Bu Avropadadır. Bəs Azərbaycanda bu cür proqramların qadağan olunmasına ehtiyac varmı? Yoxsa elə biz özümüz bunları tənzimləyə bilirik?

Elmir Əkbər (psixoloq): "Müəyyən məhdudiyyətlər qoymasaq, uşaq hara istəsə gedib çıxa bilər. Bu, zərərli vərdişdir. Ona görə də peşəkar insanlara müraciət olunsun".

Əlbəttə hər sahədə peşəkarlar son sözü deməlidir. Bəs sosioloq nə deyir?

Əhməd Qəşəmoğlu (sosioloq): "Xoşa gəlməyən silahdır. O vasitələrin əlavə elə təsiri olur ki, insanlarda fikr yayılır".

Müxtəlif texnoloji proqramların Avropada qadağan olunduğu yaş həddi məktəb şagirdləridir. Bizim dövlətin rəsmi olaraq, Avropa Birliyi kimi qadağası yoxdur. Amma daxili qaydalar quran məktəblər var. Məktəbə gələn hər şagirddən smartfonlar, planşetlər yığılır ki, "Whatsapp", "Facebook", "İnstagram" və digər proqramlardan istifadə etmək imkanları olmasın.