Kavani PSG-nin tarixinə düşdü


İdman 30 Apr 2018 14:30:00 253 0

Kavani PSG-nin tarixinə düşdü

Fransa Liqasının 35-ci turunda "Guingamp"la qarşılaşan PSG heç-heçə edib - 2:2. Paris klubunun hər iki qolunu Edinson Kavani vurub. Goal.az xəbər verir ki, uruqvaylı hücumçu PSG-də qolların sayını 115-ə yüksəldib. Bununla da, 31 yaşlı forvard Zlatan İbrahimoviçi geridə qoyaraq klubun tarixində ən sərrast futbolçu olub. Maçtdan sonra PSG prezidenti Nasser Əl-Xəlaifi Kavanini təbrik edib və ona xüsusi forma hədiyyə edib.