Fuad Muradov yeni sədr kimi Dövlət Komitəsində dəyişikliklərə başladı


Digərləri 30 Apr 2018 14:13:00 273 0

Fuad Muradov yeni sədr kimi Dövlət Komitəsində dəyişikliklərə başladı

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) yeni saytı yaradılır.

Son.az xəbər verir ki, Dövlət Komitəsi bununla bağlı loqo seçimi üçün müsabiqə elan edir. 

Müsabiqənin şərtləri:

1.  Müsabiqədə harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı iştirak edə bilər;

2.  Loqo harada yaşamasından asılı olmayaraq, hər bir dünya azərbaycanlısının Azərbaycana və azərbaycançılıq ideologiyasına sadiqliyini, məsuliyyətini, dünyəvi və müasir inkişaf yolu seçmiş dövlətimizin hər bir azərbaycanlıya görə cavabdehlik daşıdığını özündə ehtiva etməlidir. Ümumilikdə loqoda dövlətçilik, vətəndaş həmrəyliyi kimi mühüm məqamlar əksini tapmalıdır.

Ramiz Mehdiyev komitənin yeni sədrini təqdim edib - Nöqsanlara yol verilib - FOTO 3.  Loqonun eskizi A4 formatda kağızda, CD disk şəklində və ya PDF formatında [email protected] elektron ünvanına və ya Komitənin rəsmi https://m.facebook.com/AzDiaspora/?ref=bookmarks facebook ünvanına təqdim edilməlidir.