Məcburi köçkünlər üçün vahid aylıq müavinətin miqdarı 40 manat olub


Digərləri 30 Apr 2018 14:19:00 248 0

Məcburi köçkünlər üçün vahid aylıq müavinətin miqdarı 40 manat olub

Məcburi köçkünlər üçün vahid aylıq müavinətin miqdarı 36 manatdan 40 manata qaldırılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" fərmanda əksini tapıb.

Fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği isə 20 manatdan 22 manata qaldırılıb.

Bu Fərman 2018-ci il martın 1-dən tətbiq edilir.