Çakıra Çindən astronomik təklif


İdman 30 Apr 2018 13:55:00 285 0

Çakıra Çindən astronomik təklif

Son vaxtlar futbola xeyli vəsait xərcləyən Çin məşqçi və futbolçulardan sonra hakim transferinə də başlayıb.

Goal.az "CNN Türk"ə istinadən xəbər verir ki, Çin Futbol Federasiyası türkiyəli məşhur referi Cüneyt Çakıra cəlbedici təklif göndərib. 42 yaşlı hakim təklifi qəbul etsə, o, növbəti mövsüm Çin Super Liqasındakı oyunları idarə edəcək.

Hakim transferini ilk dəfə Səduiyyə Ərəbistan Futbol Federasiyası reallaşdırıb. Qurum ötən il məşhur ingiltərəli referi Mark Klattenburqla razılıq əldə edib.