Cavid Britaniyanın yeni daxili işlər naziri oldu


Dünya 30 Apr 2018 13:49:00 238 0

Cavid Britaniyanın yeni daxili işlər naziri oldu

Böyük Britaniyanın yeni daxili işlər nazirinin adı məlum olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, Sacid Cavid Birləşmiş Krallığın daxili işlər naziri təyin edilib.

Qeyd edək ki, bundan əvvəl Britaniyanın daxili işlər naziri Ember Radd vəzifəsindən istefa verib. Onun istefasına səbəb miqrant problemi ilə əlaqədar nazirlik ətrafında yaranan qalmaqal olub.