Galatasaray-ın prezidenti qəzaya düşdü


İdman 30 Apr 2018 13:34:00 266 0

Galatasaray-ın prezidenti qəzaya düşdü

Galatasaray-ın prezidenti Mustafa Cengiz avtomobil qəzası keçirib. Goal.az xəbər verir ki, Cengiz Türkiyə Super Liqasının 31-ci turunda doğma meydanda Beşiktaş-la qarşılaşdıqları oyundan sonra yol qəzasına düşüb. Saat 00:00 radələrində onun sürücüsünün idarə etdiyi maşın avtobanda olan bir avtobusla toqquşub. Hadisə nəticəsində ciddi yaralananlar olmayıb. Klub prezidentinin vəziyyətinin qaydasında olduğu açıqlanıb. Galatasaray - Beşiktaş görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.