Beynəlxalq Muğam Mərkəzi Peru etnik musiqiçilərinin iştirakı ilə maraqlı layihə təqdim edir


Kriminal 30 Apr 2018 12:41:00 272 0

Beynəlxalq Muğam Mərkəzi Peru etnik musiqiçilərinin iştirakı ilə maraqlı layihə təqdim edir

Beynəlxalq Muğam Mərkəzində öz fəaliyyətində muğam, aşıq və klassik musiqinin təbliğatına həsr olunmuş layihələr ilə yanaşı mütəmadi olaraq maraqlı etnik musiqi konsertləri də təşkil edir.

Muğam Mərkəzinin "Etnik musiqi inciləri" layihəsi çərçivəsində Rumıniyadan, Moldovadan, Türkiyədən, Yunanıstandan, Mərakeşdən və başqa ölkələrdən gəlmiş etnik musiqiçilərin konsertləri uğurla keçmişdir. 

Muğam Mərkəzi "Sound Waves" adlı daha bir uğurlu konsert-layihəyə imza atmışdır ki,bu layihə əsasında da İtaliyadan,İspaniyadan,Yunanıstandan,Portuqaliyadan və digər ölkələrdən gəlmiş etnik musiqiçilər səhnədə Azərbaycan muğam ifaçıları ilə birlikdə müxtəlif xalqların etnik musiqi nümunələrindən ibarət musiqi kompozisiyası yaradaraq gözəl səhnə ifaları təqdim etmişdilər.

Mayın 4-də Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Perudan gəlmiş musiqiçilər Azərbaycan muğam ifaçıları ilə birlikdə çıxış edəcəklər. Konsert Avropa İttifaqının Azərbaycandakı nümayəndliyinin təşkilatı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə 2-ci "IMAGINE" Avropa tolerantlıq festivalı çərçivəsində keçirilir. 

"Charango meets Mugam" adlı konsertdə Perudan gəlmiş iki ifaçı -Karl Struyf və Aleksandro Riva Azərbaycanın əməkdar artistləri Sahib  Paşazadə (tar),Toğrul Əsədullayev (kamança),eləcə də istedadlı xanəndə Nisbət Sədrayeva ilə birlikdə çıxış edəcəklər.