Röya: "O dünyada onları qapıdan mən keçirəcəm"


Şou-biznes 30 Apr 2018 12:45:00 243 0

Röya: "O dünyada onları qapıdan mən keçirəcəm"

Əməkdar artist Röya Ayxan Nail Naiboğlunun təqdimatında yayımlanan "Stop" verilişinin qonağı olub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Xalq artisti Flora Kərimova ilə qalmaqalından danışan ifaçı "Röya anadır, bunu etməməlidir" kimi iradlara cavab verib:

"Bilmirəm, niyə məni müzakirə edəndə "ana" söhbətini ortaya atırlar. Analıq məgər səhnə ilə bilinir? Sənətdə "Anadır", "Atadır" deyə bir şey yoxdur. Madonna, Beyons ana deyil?

Sən gəlib mənim evimdəki tərbiyəni görsən, övladına heç illərə özün elə tərbiyən verməmisən. Övladımı saf böyüdürəm, hər şeydən xəbərsizdir. Dava, stresin nə olduğunu anlamır. İstəyirəm, insanlara qarşı sevgisi olsun".

Ayxan özündən böyük insanlarla qalmaqal etməsinin səbəbini onların paxıl olması ilə əlaqələndirib:

"Qalmaqal etdiklərim məndən kiçik müğənnilər olmayıb. Çünki heç vaxt onlara "ilişməmişəm". Böyüklər də məni yaxşı tanımayıblar. Köhnələr çox paxıldırlar.

Bizim nəsil bir-birini yola verir və hörmət edir. Bizdən sonra gələnlərdə isə ikiüzlülük, paxıllıq var". 

O daha sonra bildirib ki, Flora Kərimova ilə qalmaqal yaşamasının səbəbi İlhamə Quliyeva olub.

"Flora Kərimova ilə olan qalmaqalımda İlhamə Quliyeva ilə onların ədavətinin qurbanı oldum.