AZALın saytında BakıTivat reyslərinə aviabiletlər satışa buraxıldı


Digərləri 30 Apr 2018 11:43:00 258 0

AZALın saytında BakıTivat reyslərinə aviabiletlər satışa buraxıldı

30 aprel 2018-ci il, Bakı - Bu gündən etibarən Azərbaycanın milli aviadaşıyıcısının www.azal.az saytında Monteneqronun məşhur kurortu Tivata həyata keçirilən reyslərə aviabilet əldə etmək olar.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, "Azərbaycan Hava Yolları" aviaşirkəti tərəfindən "Pasha Travel" şirkəti ilə çarter proqramı  çərçivəsində həyata keçirilən birbaşa aviareyslər yay uçuş qrafiki üzrə iyulun 5-dən sentyabrın 15-dək həyata keçiriləcək.

Reyslər komfortlu "Airbus A320" laynerləri ilə yerinə yetiriləcək.