Bu gün son gündür! Sabahdan cərimə oluna bilərsiniz


Digərləri 30 Apr 2018 11:24:00 262 0

Bu gün son gündür! Sabahdan cərimə oluna bilərsiniz

"VAZ", "QAZ", "Moskviç", "ZAZ", "UAZ" markalı və digər MDB istehsalı olan minik avtomobilləri üzrə baxış müddəti başa çatır.

Son.az Trend-ə istinadən xəbər verir ki, may ayının 1-dən etibarən texniki baxışdan keçməyən həmin markalı nəqliyyat vasitələri cərimələnəcək.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi bu barədə sürücülərə və avtomobil sahiblərinə müraciət edib. İdarədən Trend-ə verilən məlumatda bildirilir ki, nəqliyyat vasitələrinin texniki baxışı davam edir: ""VAZ", "QAZ", "Moskviç", "ZAZ", "UAZ" markalı və digər MDB istehsalı olan minik avtomobilləri üzrə baxış müddəti yanvar ayının 1-dən may ayının 1-dək müəyyən edilib. Nəqliyyat vasitələrini texniki baxışa təqdim edəcək sürücü və ya avtomobil sahiblərindən xahiş olunur ki, baxış zamanı əlavə vaxt itkisinə yol verilməməsi üçün "Yol hərəkəti haqqında" Qanuna edilmiş dəyişikliklərə əsasən, barələrində qanuni qüvvəyə minmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimələrin ödənilməsini təmin etdikdən sonra müraciət etsinlər. Həmçinin nəqliyyat vasitələrinin texniki baxışa saz vəziyətdə təqdim olunması vacibdir.