Sənəd qəbulunun vaxtı uzadıldı


Digərləri 30 Apr 2018 11:28:00 211 0

Sənəd qəbulunun vaxtı uzadıldı

Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün ayrılan kvotada artım olub, səbəd qəbulunun vaxtı isə 10 gün uzadılıb.

Son.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, Azərbaycandan Həccə gedəcək zəvvarlar üçün nəzərdə tutulan 900 nəfərlik kvotaya daha 200 yer əlavə edilib. Bu günə qədər cəmi 100 yer boş qalıb. Sənəd qəbulunun son günü kimi mayın 1-i nəzərdə tutulsa da, müddət ayın10-na qədər uzadılıb.