Cənubi Koreya ABŞ və KXDR ilə üçtərəfli sammit keçirməyə hazırlaşır


Dünya 30 Apr 2018 11:04:30 225 0

Cənubi Koreya ABŞ və KXDR ilə üçtərəfli sammit keçirməyə hazırlaşır

İyun-iyul aylarında yüksək səviyyəli danışıqlar aparılması imkanı nəzərdən keçirilir

Cənubi Koreya bu ilin iyun-iyul aylarında ABŞ və KXDR ilə üçtərəfli sammit keçirilməsinə hazırlaşır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya "Munhva İlbo" qəzeti məlumat yayıb.

"İyun-iyul aylarında Cənub-Şimal və ABŞ arasında yüksək səviyyəli danışıqlar aparılması imkanı nəzərdən keçirilir. Mayda isə ABŞ-Şimali Koreya sammitinin keçiriləcəyi isə təsdiq edilib", - qəzetdə yazılıb.

Nəşrin yazdığına görə, hər şey rəvan gedərsə, bu il Şimali Koreya və Yaponiya arasında münasibətlər normallaşa və Koreya yarımadasının nüvə silahlardan təmizlənilməsi üzrə "yol xəritəsi"nin həyata keçirilməsi üzrə altıtərəfli danışıqlar bərpası mümkün ola bilər.