Ərəblər daha Azərbaycana axın etməyəcək?


Dünya 30 Apr 2018 10:56:00 327 0

Ərəblər daha Azərbaycana axın etməyəcək?

Səudiyyə Ərəbistanı dünyanın ən böyük əyləncə mərkəzlərindən birinə sahib olacaq.

Son.az publika.az-a istinadla xəbər verir ki, paytaxt Riyada 40 km məsafədə yerləşən, 334 km ərazini əhatə edən "Qiddiya" adlı əyləncə şəhərciyi qurulacaq.

Layihənin təməli böyük şənliklə qoyulub. Mərasimdə Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd ibn Salman iştirak edib. Sərmayəçilər və şirkətlər layihəyə xüsusi maraq göstərib.

"Qiddiya" layihəsinin tamamlanmasından sonra Səudiyyə Ərəbistanı vətəndaşlarının əyləncə üçün xarici ölkələrə çıxardığı milyardlarla dollar daxili bazarda qalacaq, xarici investitorlar bu ölkəyə axın edəcək və Səudiyyə Ərəbistanı dünyanın turizm mərkəzinə çevriləcək.


Xəbərə aid fotolar