Bakıda məktəbli faciəvi şəkildə öldü


Digərləri 30 Apr 2018 11:00:00 251 0

Bakıda məktəbli faciəvi şəkildə öldü

Bakıda məktəbli faciəvi şəkildə həlak olub.

Son.az criminal.az-a istinadla xəbər verir ki, dünən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində 7 yaşlı Vaqifi maşın vurub. O, aldığı zərbədən keçinib. 

Hadisə Vaqif yaşadığı məhəllədə velosiped sürərkən baş verib. Qonşuluqda yaşayan sürücü avtomobillə yüksək sürətlə hərəkətdə olarkən Vaqifi vurub. Zərbənin təsirindən uşağın başı daşa dəyib.  Vaqif 141 saylı orta məktəbin 1-ci sinif şagirdi idi.