Daha bir parlament fraksiyası Paşinyanı baş nazir görmək istəyir


Dünya 30 Apr 2018 10:36:00 256 0

Daha bir parlament fraksiyası Paşinyanı baş nazir görmək istəyir

Ermənistan Milli Yığıncağının (parlament) "Çıxış" fraksiyası Nikol Paşinyanın baş nazir postuna namizədliyini irəli sürüb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu fraksiyanın deputatı Edmon Marukyan "Facebook" səhifəsində yazıb.

Ölkənin yeni baş nazirinin seçilməsi məsələsi parlamentin mayın 1-də keçiriləcək xüsusi iclasında müzakirə olunacaq. Respublika Partiyasının fraksiyası bəyan edib ki, əgər parlamentdə təmsil olunan digər 3 siyasi qüvvə vahid namizədlə çıxış edərsə, hakim partiya baş nazir vəzifəsinə namizəd irəli sürməyəcək. Artıq digər 3 fraksiya N.Paşinyanın namizədliyini dəstəkləyib.