BNA: Sabahdan avtobuslar əvvəlki rejimdə işləyəcək


İqtisadiyyat 30 Apr 2018 10:13:17 248 0

BNA: Sabahdan avtobuslar əvvəlki rejimdə işləyəcək

125 nömrəli marşrut xəttinin fəaliyyəti bərpa edilib

Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə hərəkət sxemi müvəqqəti dəyişdirilən 17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124) avtobuslar sabahdan əvvəlki rejimdə işləyəcəklər.

Bakı Nəqliyyat Agentliyindən (BNA) "Report" a verilən məlumata görə, fəaliyyəti müvəqqəti dayandırılan 125 nömrəli marşrut xətti üzrə də avtobuslar sabahdan sərnişinlərimizə xidmət göstərəcək.