“Azər Türk Bank”ın mənfəəti 6 dəfə azalıb
İqtisadiyyat 30 Apr 2018 10:24:00 330 0
Dövlət bankı aktivlərini 8% artırıb
“Report” bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir.
"Azər-Türk Bank"ın aktivlərinin 117,036 mln. manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 16,5% kiçilib.
Hesabat dövründə "Azər-Türk Bank"ın cəmi öhdəlikləri 9,7% artaraq 255,852 mln. manat, o cümlədən müştəri hesabları 2,2% azalaraq 183,797 mln. manat olub.
Martın sonuna Bankın cəmi kapitalı isə 54,647 mln. manat (1,9% az)təşkil edib.
"Azər-Türk Bank" bu ilin I rübündə "Azər-Türk Bank" 192 min manat mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 82% və yaxud 5,55 dəfə azdır. Rüb ərzində Bankınfaiz gəlirləri 4,209 mln. manat, qeyri-faiz gəlirləri 11,265 mln. manat, faiz xərcləri 1,83 mln.manat, qeyri-faiz xərcləri 13,721 mln. manat təşkil edib. Bundan başqa, kredit təşkilatı xüsusi ehtiyatların yaradılması xərclərinə 286 min manat qənaət edib.
Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.