"Niyə bizim şirkətdə işləmək istəyirsiniz" sualının cavabı


Digərləri 30 Apr 2018 07:41:00 393 0

"Niyə bizim şirkətdə işləmək istəyirsiniz" sualının cavabı

Tural İslamov: "Burada namizədin üzərinə düşən iş, şirkəti ciddi araşdırmaqdır" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

İş müsahibəsi işə qəbul üçün keçirilən ən önəmli mərhələlərdən biridir. Belə ki, həmin müsahibə namizədin bu işə uyğun olub-olmadığını müəyyənləşdirir. Müsahibə zamanı əsas məqamlardan biri də namizədin "Nə üçün bizim şirkətdə çalışmaq istəyirsiniz" sualına dolğun cavab verməsidir. Əslində, bu sual demək olar ki, bütün iş müsahibələrində verilir. Və bəzilərinə çox şablon gəlsə də, həmin an namizədin verdiyi cavab onu digər rəqiblərindən bir addım önə çəkə bilər. Bəzi gənclər bu suala necə dolğun cavab verəcəklərini bilmirlər. Məsələnin onlar üçün əhəmiyyətini nəzərə alaraq "Azərconnect LLC"-nin insan resursları üzrə böyük mütəxəssisi Tural İslamovla həmsöhbət olduq.


Xəbərə aid foto