Problemlərini "dalaşaraqqırışaraq" həll edən ailə FOTO


Digərləri 30 Apr 2018 07:14:00 212 0

Problemlərini "dalaşaraqqırışaraq" həll edən ailə  FOTO

Arifə Mikayılova: "Sevgi varsa, səbirsizlik də, sosial çətinliklər də insanın vecinə olmur" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Pozitiv və səmimidirlər. Elə onları bir-birinə cəzb edən də bu xüsusiyyətləri olub. Dostluqla başlayan münasibət ailə qurmaqla nəticələnib. Onlara görə, yalnız sevgi xoşbəxtlik demək deyil. Ailədə sevgi ilə yanaşı, fədakarlıq, səmimilik varsa, xoşbəxtlik də məhz oradadır. 

Rubrikamızın budəfəki qonaqları 5 ildir eyni həyatı bölüşən jurnalist Tural İbadlı və həyat yoldaşı Arifə Mikayılovadır. Cütlüyümüzün Azad və İzel adlı iki övladları var.

Bakı Jurnalistika Məktəbində tanış olublar. Kursa 1 həftə sonra gələn Turalın təqdimatı Arifənin diqqətini çəkib. Səmimi, mehriban kurs yoldaşı olublar, 2 il sonra isə evləniblər: "Tural kursa bir həftə sonra gəlmişdi. Həmin gün fikrim ancaq kompüterdə idi. Tural çıxış edərkən, danışığı diqqətimi çəkdi və kompüterdən ayrılıb baxdım. O gündən sonra çox səmimi dost olduq. Amma ailə quracağımız ağlıma belə gəlməzdi. Kursdan sonra həmkar olduğumuz üçün təlimlərdə, tədbirlərdə tez-tez görüşürdük. Bir dəfə montaj proqramını öyrənməli idim. Tural telefon nömrəsini mənə verdi ki, axşam zəng vurub yadıma salarsan, proqramı göndərərəm. Axşam zəng vuranda çox təəccüblə cavab verdi".

Tural: "Arifə zəng vuranda, dayımgildə qonaqlıqda idim. Hər kəs Arifə ilə danışdığımı hiss edib, "qızla danışır" deyib zarafatlaşmağa başladılar. Ona görə, özümü itirdim".

"Arifəyə dedim ki, avtobusun pulunu ver"

Tural deyir ki, ilk dəfə kursa gələndə Arifə diqqətini çəkməyib. Arifəni tanıdıqca, sevməyə başlayıb: "Düzünü desəm, kursa ilk dəfə gələndə qeyri-adi hissim yox idi. Amma sonra bütün günü bir yerdə tədbirlərdə, kurslarda olurduq. Həm işləyirdik, həm də oxuyurduq. Mən işdən çıxdığım yerdə, təsadüfən Arifə işə düzəldi. Söhbətimiz daha da səmimiləşdi. Onunla hər gün maraqlanır, kollektiv haqqında danışırdıq. Hətta bir dəfə avtobusa minmişdim. Pulqabım yadımdan çıxıb evdə qalmışdı. Arifəyə zəng vurdum ki, özünü təcili "elmlərə" çatdır, gediş haqqını ver, avtobusdan düşə bilmirəm. İki dəqiqədən bir də zəng vururam ki, harda qaldın. Arifə çatana qədər sürücü məni avtobusdan qovdu (gülürlər)".

"Anama gəlin ola bilər"

Arifə: "Tural çox mehriban, ünsiyyətcil və zarafatcıldır. Bu keyfiyyətləri diqqətimi çəkirdi. Kursda bizi həmişə güldürürdü. Kursda növbətçilik var idi. Hər gün bir nəfər qabları yuyurdu. Bir dəfə gördüm ki, Tural kefsiz şəkildə oturub. Həmin gün növbətçi idi. Yazığım gəldi, qabları onun yerinə mən yudum. Tural çox fərqli idi, başqalarından seçilirdi. Bu xüsusiyyətlərini çox sevirdim".

Tural: "Arifə qabları yuyanda, xoşuma gəldi. Fikirləşdim ki, anama gəlin ola bilər. Həm də mən zarafat edəndə, Arifə mənim zarafatlarıma çox gülürdü, bu da xoşuma gəlirdi (gülürlər-A.Ə). Mən insanları tanıya bilirəm. Arifəyə qədər çox dostum-tanışım olub. İnsan var ki, hər yerdə davranışları fərqlidir. Arifə elə deyildi.  Axtardığım sədaqəti, səmimiliyi Arifədə tapdım. Ailə qurmaq ciddi məsələdir. Özünə həyat yoldaşı seçmək asan qərar deyil. Həqiqətən götür-qoy etmək lazımdır. Həyat yoldaşı məsləhət ala biləcəyin insan olmalıdır. Ən əsası, iş mühitini anlamalıdır. Jurnalistika elə sənətdir ki, konkret iş saatı yoxdur. Bəzən olur ki, çox gec saatlarda evə gəlirəm. Bunu da ancaq jurnalistikadan anlayan qadın başa düşə bilərdi. Axtardığım bütün kriteriyaları Arifədə tapdım. Yoxsa, anamın o qədər siyahısı var idi ki... Amma mənim ailə quracağım insan mütləq təhsilli, savadlı olmalı idi. Təhsilsiz insanla mən necə söhbət edə bilərdim?! Həyat yoldaşınla söhbət də maraqlı olmalıdır. Nəyisə müzakirə edə bilməlisən. Məni ən vacib kriteriyam o idi ki, həyat yoldaşım məndən çox bilsin və ondan nə isə öyrənim. Arifə təhsilli, dünyagörüşlü, savadlı qız idi. Ən əsası məndən çox bilirdi. Mən nəyisə səhv edəndə, deyir bu elə yox, belə olmalıdır. Qadın maraqlı olmalıdır. Səndən çox bilən adamla danışmaq, bölüşmək, məsləhətləşmək insana zövq verir".

"Niyə də olmasın..."

Tural Arifəni münasibətə razı salmaq üçün bütün xüsusi günlərdə təbrik edir, onunla tez-tez maraqlanırmış: "Gördüm ki, əl çəkmir. Hər gün bir bəhanə ilə zəng vurub, mənimlə maraqlanır. Çox diqqətcil idi. İndi unutsa da, o vaxt xüsusi günləri unutmurdu. Ad günümü gecə saat 12-dən təbrik edirdi. O vaxt "Bakcell"in "7 qəpik" tarifi təzə çıxmışdı. Tural bu tariflə bir saat mənimlə, rəfiqəmlə danışırdı. Rəfiqəm mənə zəng vurub deyirdi ki, Turalla danışmaqdan yorulmuşam. Hər gün yığıb bir saat səninlə maraqlanır. Mən də həmişə Turala müsahib nömrələri üçün müraciət edirdim. Sonra fikirləşdim ki, niyə də olmasın".

Amma Turalın sərbəstliyi, tez-tez xarici ölkələrə getməsi, qız dostları ilk günlər Arifəni qısqandırıb: "Arifə ilk vaxtlar çox qısqanırdı. Bir dəfə mənim "facebook" parolumu almışdı. Mənə də deyir ki, bəs sən niyə istəmirsən? Deyirdim ki, mən istəmirəm. Sən bax. Dalaşırdı ki, yox, sən də mənim parolumu istə".

Arifə: "Vicdan əzabı çəkirdim. İstəyirdim ədalətli olsun. Amma indi elə deyiləm. Tanıma prosesində normal qısqanclıqlar idi. Bilirəm ki, onun işi budur və çevrəsindəki qadınlarla mənim də münasibətim var".

"Problemi dalaşaraq, qırışaraq həll edirik"


Xəbərə aid fotolar