Azad Mirzəliyev rekorda imza atmaq istəyir VİDEO
Digərləri 29 Apr 2018 23:30:00 331 0
1 arı yuvasından 100 kq-a dək bal götürməyi planlaşdırır.
Son.az bildirir ki, Qəbələ rayon sakini Azad Mirzəliyev 10 ildir ki, arıçılıqla məşğuldur. İndi o yeni bir rekorda imza atmaq istəyir.
Azad Mirzəliyevin sözlərinə görə indiyə kimi ən yüksək göstərici 70 kq-la keçən il Zaqatala rayonunda olub. Təbiətdə bol cicəklərin olması və Qonur Qafqaz arısının soyuğa davamlı,çox yumurta qoyan cins olması yüksək məhsuladarlıqdan xəbər verir. Hazırda aprel ayı olmasına baxmayaraq artıq arılar yuvanın beşinci qatında işləyir.
Arıçı may ayının sonunadək 7-8 ci mərtəbələrin də qoyulacağını deyir. Yerli Qafqaz sortlu arıdan belə yüksək məhsuldarlıq əldə etməsi onun hətta həmkarlarının da təccübünə səbəb olub.
Mənbə: milli.az