Çiyələyin qiyməti düşəcək VİDEO


Digərləri 29 Apr 2018 22:31:00 285 0

Çiyələyin qiyməti düşəcək  VİDEO

İstixanalarda yetişdirilən çiyələklərin yığımına başlanıb.

Son.az bildirir ki, Cəlilabadlı fermerlərin sözlərinə görə qiymətlər hələ ki, onları qane edir. Belə ki, bir muddət əvvəl 6-7 manata satılan çiyələk 1.5 kq-lıq qablarda 4- 5 manata satılır. Bir kq-ı təxminən 3-3.5 manat arası dəyişir.

Rayon ərazisində yetişdirilən çiyələk paytaxtla yanaşı digər rayonlardakı bazarlarda da satışa çıxaırlır. Bundan başqa çiyələklərin əsas satışının həyata keçirildiyi məknalardan biri də magistral yolların kənarıdır.

Satıcılar nubarlıq çiyələyin satışının normal olduğunu deyirlər. 3 manat 50 qəpiyə alınan məhsul 4-5 manata satılır.

Havaların bu il nisbətən qeyri-sabit keçməsi isə açıq sahələrdə çiyələklərin tam yetişməsin bir az gecikdirib.