Mövsümün yeni gözəllik trendi: Narıncı dodaqlar FOTO


Digərləri 29 Apr 2018 22:26:00 546 0

Mövsümün yeni gözəllik trendi: Narıncı dodaqlar  FOTO

Son vaxtlar ulduzlar dodaqlarını narıncı pomada ilə vurğulamağa üstünlük verir.

Son.az xəbər verir ki, dəb tendensiyalarının müəyyənləşməsində birbaşa rolu olan ulduzların bu seçimi də gözəllik trendlərinə təsirsiz ötüşməyib. Stilistlər bildirib ki, qum rəngli və narıncı pomadalar yaz-yay mövsümündə aktual olacaq. Çünki narıncı rəng yayın gəlişini xatırladır və xoş əhval-ruhiyyə yaradır.

Belə pomadaların pərəstişkarları arasında Cennifer Lopez, Rihanna, Emili Ratajovski və başqalarını göstərmək olar. Odur ki, Hollivud ulduzlarından nümunə götürməyə dəyər.