Mövsümün incə və zərif seçimi: xallı paltar dəbi FOTO


Digərləri 29 Apr 2018 22:04:00 1783 0

Mövsümün incə və zərif seçimi: xallı paltar dəbi  FOTO

Yaz havasının şıltaqlıqlarına baxmayaraq, biz yenə də ümidimizi itirmirik və inanırıq ki, may ayında günəşli günlərə həsrət qalmayacağıq. İstilər yaxınlaşdığına görə qarderobu yeniləmək barədə düşünmək vaxtıdır.

Son.az bu yazıda modapərəst oxucuları xallı geyim dəbi ilə tanış edir.

Xallı paltarlar yenidən ən aktualdır. Adətən, qara rəngi bəzəyən xallı naxışlar bu mövsüm daha maraqlı versiyada qarşımıza çıxır. Dizaynerlər qırmızı şifon, çəhrayı və yaşıl yarımşəffaf ipəklərə, eləcə də tor kimi nazik parçalara səxavətlə noxud dənələri (xal naxışı) səpiblər.

Onun populyarlığının zirvəsi 1980-ci illərə təsadüf edir: Minni Mausun paltarını, yaxud da Madonnanın "Bu qız kimdir" filmindəki lasinlərini yada salın.