Münasibət bitdikdə, sosial şəbəkələrdə necə davranmalı?


Digərləri 29 Apr 2018 22:12:00 287 0

Münasibət bitdikdə, sosial şəbəkələrdə necə davranmalı?

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Keçmiş xatirələri unudub yaşanmamış saymaq çətindir. Bütün münasibətlər xoş arzular, ümidlərlə başlayır. İlk vaxtlar heç bir tərəf ayrılıq ehtimalını düşünmür. Lakin bütün münasibətlər xoşbəxt sonluqla nəticələnmir. Hər ayrılıq sonrası ağrılı dövr başlayır. Bir münasibəti davam etdirmək üçün göstərdiyimiz cəhdlərin və gələcəyə doğru qurduğumuz xəyalların birdən sonlanması asanlıqla qəbul edilən situasiya deyil. Gənclərin kimisi "düşmən" kimi ayrılır, kimisi də anlaşaraq ayrılmağa qərar verir. 

Bəs ayrıldıqdan sonra necə davranmaq lazımdır? Xüsusilə həmin şəxs sosial şəbəkə hesablarımızda qalmalıdır, yoxsa bloklanmalıdır? Bu dəfə "Polemika" rubrikamızda gənclər üçün aktual olan bu məsələni müzakirə etdik.   "Sən qadınsan, robot deyilsən" Sofiya Ali, illüstrator florist

Sofiya düşünür ki, münasibəti sevgi ilə başladığın kimi, bitirəndə də saf hisslərlə bitirmək lazımdır: "Məncə, hər şeyi normal qəbul etmək lazımdır. Mənim həyatımda iki münasibət bitib. Düzdür, birinci münasibətimdə daha təcrübəsiz və uşaq idim. Çox emosional idim və davranışlarımı da idarə edə bilmirdim. Amma nə qədər emosional olsam da, birinci münasibətimdə də blok etməmişdim. İndi daha fərqli davranıram. Sadəcə, zaman keçdikcə başa düşürsən ki, hisslər deyilən bir şey var. Sən qadınsan, robot deyilsən. Nə də qarşı tərəfdəki insan robotdur. Hər şeyi planlaşdırdığımız şəkildə başlamadığımız kimi, bitəcəyi zamanı da hesablaya bilmərik. Yəni sən heç bir hissi özün yaratmırsan. Bu, plansız, bilmədiyimiz şəkildə və bilmədiyimiz gündə yaranır. Necə ki münasibət başlayanda onu normal qəbul edib bundan həzz alırıq, eləcə də bitməsini də normal qəbul etməliyik. Düzdür, hər bir ayrılıq insana kədər gətirə bilir. Amma normal qəbul etmək lazımdır".  Sofiyanın sözlərinə görə, hər bir münasibəti dadında buraxmaq lazımdır: "Mən ayrılığı da çox normal qəbul edirəm. Məsələn, məni sevən bir insan var və mən ona sevgimi verə bilmirəmsə, qarşı tərəfdəki insan mənim sevgimlə qane olmursa, deməli münasibət bitib və bu, normal haldır. Ondan məcbur sevgi dilənə bilmərəm. Bitən münasibəti dadında buraxmaq lazımdır. Məcbur etmək lazım deyil ki, yenidən başlasın. Çünki bu, insana daha çox kədər gətirir. Amma münasibət bitdisə də, əlaqəni kəsmək lazımdır. Özünlə baş-başa qalmalı və danışmalısan. Əgər zehnində də duyğusal olaraq bitibsə, onda fiziki də görmək lazım deyil. Sadəcə, dostluqdan çıxar".

Sofiya blok etməyi saxtakarlıq hesab edir: "Blok etməyi tamamilə saxtakarlıq kimi qəbul edirəm. Bu, uşaq hərəkətidir. Blok etməklə sən özünü aldadırsan. Sənin həmin insana qarşı hissin olmasa, boş buraxarsan və normal qəbul edərsən. Blok etməklə də özünü aldadırsan. Qarşı tərəf də bilir ki, fake profil açıb həmin şəxsi yenidən izləyəcəksən. O da həmçinin səni izləyə bilər. Blok etmək yox, münasibət bitəndə uzaq durmaq lazımdır. Münasibət bitəndə, gərək həyatından da çıxarasan. Çox dərin hisslərdən sonra dostluq ola bilməz. Əvvəlki dostlarınla dostluq et, bu sənə kifayət edər. Amma bir vaxtlar dərin hisslərlə sevdiyin insanla dostluğa cəhd etmə. Mən hər şeydən həzz alan və hər şeyi də gözəl xatırlayan insanam. Oldu və bitdi. Həyatımız o qədər uzun deyil ki, bunu nifrətlə, kinlə davam etdirək. Hər bir insanın həyatımıza gəlmək məqsədləri olur. Həyatımızda olan bütün insanları gözəl xatırlamaq lazımdır. Münasibət bitdikdən sonra da çalışmaq lazımdır ki, boş depressiyaya düşməyəsən. Özünü günahlandırmaq mərhələləri insana heç nə qazandırmır. Stress, depressiya insanın sağlığına da zərər verir. Sevginizdən həzz alın. Münasibət bitsə belə, o sevgidən həzz almalısan. Onda fiziki də, zehinsəl də sağlam olacaqsan. Heç bir insana böyük bir məna yükləmə ki, o insan həyatından gedəndə böyük boşluğa düşməyəsən".


Xəbərə aid fotolar