Adınız alnınıza yazılıb ELMİ ARAŞDIRMA FOTO


Digərləri 29 Apr 2018 21:54:00 329 0

Adınız alnınıza yazılıb  ELMİ ARAŞDIRMA  FOTO

Biz gələcəkdə mədəni stereotiplər sayəsində insanların üzünə baxaraq adlarını tapmağı bacaracağıq. Bu iddianı İsrail alimləri irəli sürüb.

Son.az xəbər verir ki, alimlər insanların qarşısındakı şəxsin xarici görünüşü əsasında onun adını tapmağa çalışacaqlar. Bu ehtimalın özünü doğrultması hələ ki, 38 faizdir.

İsrail alimləri Rut Meyo və Yonat Snebner bunun üçün könüllülər üzərində sınaq həyata keçiriblər.

Onlar könüllülərə təsadüfən seçilmiş insanların şəkillərini təqdim ediblər. Könüllülər insanların xarici görünüşlərinə əsasən onların adını təxmin etməyə çalışıblar. Bunun üçün iştirakçılara şəkil və 4 ad təklif edilib. Ehtimal nəzəriyyəsinə görə, bu halda insanların tanımadığı şəxslərin adını tapması 25 faizi keçməməli idi. Ancaq alimləri təəccübləndirən məqam doğru cavab faizinin 38-i aşması olub.

Bundan başqa, təcrübə zamanı hətta şəkildəki insanların üzləri bağlanır, sadəcə saç düzümləri görünürdü. Sadəcə saç düzümü doğru cavabı müəyyən etmək üçün bəzi hallarda yetərli olurdu.

Ancaq sınaqda xüsusi məqamlardan biri könüllülərin öz millətlərindən olan insanların adlarını daha yaxşı bilmələridir. Belə ki, fransıza israilli və ya əksinə şəkillərini göstərəndə ad tapma faizi dərhal enib.

Bəs insanlar tanımadıqları şəxslərin şəkillərinə baxaraq onların adını necə tapırlar?


Xəbərə aid foto