Supermarketlər bizi necə tələyə salırlarlar?


Digərləri 29 Apr 2018 19:25:00 316 0

Supermarketlər bizi necə tələyə salırlarlar?

Supermarketdən alış-veriş bəzən bizə sters atmaq kimi gəlir. Çünki stresi əvvəlcə pul qablarımız "yaşayır", ayın sonuna doğru özümüz. Maraqlıdır, ehtiyacımız olmayan məhsulları almaq beynimizin yoxsa, süpermarketlerin oyunudur? Kifayət qədər cavabı çətin sualdır. Lakin gəlinən nəticə odur ki, biznes dünyasının satışları artırmaq üçün istifadə etdiyi merçendayzinqin ağır nəticələrini hər birimiz cibimizdə hiss edirik. Hər dəfə supermarketdən qayıdanda sanki ciblərimiz ağlayır. Bazarlıq səbətinə nəzər yetirib "bunların hamısı zəruri idimi" deyə özümüzə az sual verməmişik. Bəs bundan çıxış yolu nədir? Problemi araşdırmağa çalışdıq.

Çörək almaq adi ilə marketə girib, cibi boş çıxmaq

Son.az bildirir ki, süpermarketlerin çoxu sizin marketin içində dövrə vurmanızı təmin edəcək şəkildə dizayn edilir. Bu ideyanın müəllifi IKEA-dir. Marketlər "qızıl üçbucaq"dan da istifadə edirlər. Bu gündəlik tələbat mallarının (çörək, süd və s.) yerləşdiyi rəflərlə, supermarketin giriş və çıxışı arasındakı xəyali üçbucaq deməkdir. Fikir vermisinizsə, çörək rəfləri adətən supermarketlərdə ən arxa sıralarda yerləşdirilir. Nəzərə alsaq ki, çörək gündəlik qida rasionumuzun əsasını təşkil edir, marketdə çörək rəfinə çatana qədər səbətimizə çox şey ata bilərik.

Başqa tərəfdən, supermarketlər xəyali olaraq dörd bərabər bölümə ayrılır. Müştərilər ən çox girişdən daxil olduqdan sonra birinci və ikinci bölümlərdə alış-veriş edirlər. Çıxışa doğru getdikcə alıcılıq qabiliyyəti azalır. Bunun səbəbi psixolojidir. Belə ki, müştərilər supermarketə daxil olarkən cibləri dolu olur, özlərinə əminliklə alış-veriş edirlər. Lakin alış-veriş etdikcə pullarının azaldığını bilirlər və ona görə də getdikcə daha çox qənaət etməyə çalışırlar. Nəticədə, çıxışa yaxın bölümlərdə satışlar azalır. Buna görə də, şirkətlər satışlarını artırmaq üçün məhsullarını girişə yaxın bölümlərdəki rəflərdə, ilk 5 metrlik məsafəni keçdikdən sonra yerləşdirməyə çalışmalıdırlar.

Hər rəfin öz qazancı var

Son zamanlar dəbə minən merçendayzinq termini marketlərin əsas devizidir. Bu satış nöqtələrində alıcıların diqqətini məhsula cəlb etmək üçün həyata keçirilən birbaşa tədbirlər toplusudur. Bu da məhsulun marketlərdə strateji nöqtələrdə yerləşdirilməsini, rəflərdə düzülüşünü, POS materiallardan istifadə edilməsini və digər tədbirləri özündə cəmləyir. Merçendayzinqin ən çox əhəmiyyət daşıyan hissələrindən biri də visual merçendayzinqdir. Araşdırmalar göstərir ki, müştərilərin 70%-i hansı məhsulu alacaqlarına market daxilində qərar verirlər. Bunun bir çox səbəbləri vardır. Ən başlıca səbəb də marketlərdə məhsulların çeşidlərinin bol olmasıdır. Məsələn, bəzən insan qiymətlərin münasib olmamasından deyil, qərar verə bilmədiyi səbəbdən marketdən əliboş çıxır.

Daha bir misal, supermarketlərdə minlərlə çeşiddə məhsul olur. Buna görə də, müştərilərin diqqətini çəkmək məhsulun satışı üçün həyati əhəmiyyət daşıyır. Bəs məhsullar hansı rəflərdə yerləşdirilsə, müştərilərin diqqətini daha çox cəlb edər? Rəflər əsasən, papaq, göz, əl və ayaq səviyyəsinə bölünür.

Papaq səviyyəsi - 1,70 m-dən yuxarı

Göz səviyyəsi - 1,20 -1,70 m

Əl səviyyəsi - 0,60 -1,20 m

Ayaq səviyyəsi - 0 - 0,60 m

Marketinq mütəxəssisləri deyir ki, məhsulu 0,60 m-lə 1.70 metr arasında yerləşdirməklə məhsulun satışının artımına rəvac vermək olar:

"Məhsulu ayaq səviyyəsindən əl səviyyəsinə qaldırmaq satışları 34%, əl səviyyəsindən göz səviyyəsinə qaldırmaq 64%, ayaq səviyyəsindən göz səviyyəsinə qaldırmaq isə 78% həcmində artırır".

Nələrə baxıb almaya bilərik?

Yaxşı supermarketlərin merçendayzinq "oyununa" gəlməmək üçün nələri edə bilərik? Aşağıdakı qaydalar qismən kömək edə bilər:

Bazarlığa gedərkən, həmişə alacağınız məhsulların siyahısını hazırlayın. Bundan əvvəl isə soyuducuya və mətbəx mebelinin dolablarına baxın.

2.Qiymətləri müqayisə edin. Hər şeyi eyni supermarketdən almağa çalışın. Bu gün bir məhsulu alıb, digərini sabaha saxlamayın. Bu yanaşma planlaşdırılmamış xərclərə aparıb çıxarır.