"Kim Çen In mənim pərəstişkarımdır"


Dünya 29 Apr 2018 19:10:00 242 0

"Kim Çen In mənim pərəstişkarımdır"

Filippin Prezidenti Rodriqe Duterte Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inı özünün pərəstişkarı adlandırıb və gələcəkdə onunla görüşmək istədiyini bildirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, R.Duterte bunu aprelin 29-da Sinqapur səfərindən qayıdarkən bəyan edib. "Onu həmişə pis oğlan kimi təqdim edirdilər, amma o, özünün bir hərəkəti ilə günün qəhrəmanına çevrildi. İndi o, mənim pərəstişkarımdır", - deyə Prezident bildirib.