8 otaqlı ev yanıb


Digərləri 29 Apr 2018 19:00:00 248 0

8 otaqlı ev yanıb

Quba rayonunda yanğın faktı qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 280 m² olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 12 m² sahədə yanıb. Məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.