Formula 1 Azərbaycan Qran Prisinin qalibi "Mercedes" pilotu Lyuis Hemilton oldu


Digərləri 29 Apr 2018 17:59:02 246 0

Formula 1 Azərbaycan Qran Prisinin qalibi "Mercedes" pilotu Lyuis Hemilton oldu

"Mercedes" komandasının pilotu Lyuis Hemilton Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisinin qalibi olub.

Bakı. Elçin Mehdiyev - "Mercedes" komandasının pilotu Lyuis Hemilton Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisinin qalibi olub. Trend-in məlumatına görə, finiş xəttini 20 pilotdan 13-ü keçə bilib. Bakı trekinin uzunluğu 6 kilometr, ümumi məsafəsi isə 306 kilometrdir. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.