Roma'nın baş məşqçisi növbəti möcüzəyə də inanır


İdman 29 Apr 2018 16:10:00 298 0

Roma'nın baş məşqçisi növbəti möcüzəyə də inanır

Roma'nın baş məşqçisi Eysebio di Françesko komandasının mayın 2-i Liverpool'la keçirəcəyi Çempionlar Liqasının 1/2 final mərhələsinin təkrar matçı haqda fikirlərini bildirib.

Goal.az-ın dünən A seriyasında Verona ilə görüşdən (4:1) sonrakı mətbuat konfransında o qarşıdakı oyunda qələbəyə inandığını söyləyib: “Biz həmin matça kimi özümüzün fiziki formamızı və enerjimizi bərpa etməliyik. Yada salmalıyıq ki, Roma Çempionlar Liqasında nələri edib.  Biz bundan əvvəl nəyə qadir olduğumuzü nümayiş etdirmişik. Həmin nəticələri yenidən təkrarlayacağımıza da inanmalıyıq”.

Xatırladaq ki, Roma ilk görüşdə Liverpool'a 2:5 hesabı ilə uduzub.