Ermənistan müxalifəti yenidən aksiyalara başlayır


Dünya 29 Apr 2018 12:54:00 237 0

Ermənistan müxalifəti yenidən aksiyalara başlayır

Bu gün Ermənistanda müxalif hərəkatın lideri Nikol Paşinyan tərəfdarlarını yenidən İrəvan küçələrində vətəndaş itaətsizliyinə çağırıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, N. Paşinyan bunu "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.

N. Paşinyan bütün tərəfdarlarını saat 12.00-da yol və prospektləri bağlamağa, avtomobillərin hərəkətini dayandırmağa çağırıb. Müxalif lider daxili siyasi böhranın həll olunmasına yaxınlaşdıqlarını bildirib: "Biz sübut etməliyik ki, bizim hərəkatımız ayaq üstə möhkəm dayanıb. Saat 19.00-da Respublika meydanında mitinq elan edirəm".

Trend-in məlumatına görə,  Nümayişçilər Yerevanda Respublika meydanına gedən yolu bağlayıblar.