20 yaşlı oğlan faciəvi şəkildə öldü


Digərləri 29 Apr 2018 10:58:53 259 0

20 yaşlı oğlan faciəvi şəkildə öldü

Masallıda ölümlə nəticələnən yol qəzası baş verib.

Son.az lent.az-a istinadən xəbər verir ki, Masallı-Boradigah yolunda "Nissan Tiida" markalı minik avtomobili yolu keçməyə çalışan 20 yaşlı oğlanı vurub.

Ağır xəsarət alan piyada hadisə yerində vəfat edib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.