Rusiyalı deputatlar Ermənistandakı etirazçıların lideri ilə görüşəcəklər


Dünya 29 Apr 2018 09:06:04 258 0

Rusiyalı deputatlar Ermənistandakı etirazçıların lideri ilə görüşəcəklər

Yerevanda səfərdə olan Rusiya Dövlət Dumasının deputatları bu gün Ermənistandakı etiraz aksiyaların lideri Nikol Paşinyanla görüşəcəklər.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Dumasının MDBməsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqə üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov bildirib.  

"Nikol Paşinyan məndən görüşməyi xahiş... Mənə zəng edib dedilər ki, Paşinyan aprelin 29-da parlamentdə görüşməyi xahiş edir", - deyə Leonid Kalaşnikov bildirib.