Son günlər üzrə çaylarda sululuq səviyyəsi açıqlanıb


Digərləri 29 Apr 2018 08:30:00 209 0

Son günlər üzrə çaylarda sululuq səviyyəsi açıqlanıb

Son günlər üzrə çaylarda sululuq səviyyəsi açıqlanıb.

Bakı. Son günlər üzrə çaylarda sululuq səviyyəsi açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-120, Kiçik Qafqazın çaylarında 70-170, Lənkəran-Astara çaylarında 20-40, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edib. Tranzit çaylarda son vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 305 m3/s olmaqla ongünlük normanın 43 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 350 m3/s olmaqla ongünlük normanın 49 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 11 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 91 m3/s olmaqla, ongünlük normanın 51 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 127 m3/s təşkil edərək ongünlük normanın 71 faizinə bərabər olub.