Ermənistanın hakim partiyası parlament seçkilərində iştirak edəcək


Dünya 28 Apr 2018 23:43:00 237 0

Ermənistanın hakim partiyası parlament seçkilərində iştirak edəcək

Ermənistanın hakim Respublika Partiyası parlament seçkilərində iştirak edəcək. Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə parlamentin vitse-prezidenti, Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov bildirib.  

"Biz əlbəttə ki parlament seçkilərində iştirak edəcəyik.  Respublika Partiyası - oturuşmuş, güclü konservativ partiyadır", - deyə Şarmazanov bildirib.

Qeyd edək ki, Şarmazanov bundan əvvəl hakim Respublika Partiyası baş nazir postuna namizəd irəli sürməyəcəyini bəyan edib. Buna baxmayaraq, müxalifətçi deputat Nikol Paşinyanın tərəfdarları aksiyaları davam etdirəcəklərini bildiriblər.